Xəbərlər
“Petkim”in yaradılmasının 46-cı ildönümü qeyd edilmişdir [05.04.2011]
1965-ci ildə təməli qoyulan Petkim Petrokimya Holdinq 46-cı ildönümünü qeyd etmişdir. İzmir və Əliağa işadamlarının iştirak etdiyi mərasimdə “Petkim Petrokimya Holdinq”in baş direktoru Həyati Öztürk ötən müddətdə şirkətin əldə etdiyi müvəffəqiyyətlərdən bəhs etmiş, “Petkim”in təşkilati mədəniyyətinin, möhkəm quruluşunun, eyni zamanda şirkətin işçilərinin və iş ortaqlarının rolunun böyük olduğunu söyləmişdir. Qlobal iqtisadi böhranın təsirlərinin azalmağa başladığı 2010-ci ildə “Petkim”in istehsal güclərindən yüksək səviyyədə istifadə etdiyini, ümumi istehsal, gəlir, mənfəət və ixracat üzrə rekord göstəricilərə nail olduğunu xatırladan Öztürk, 2011-ci ilin “Petkim” üçün çox böyük əhəmiyyət daşıyan sərmayələrin başlanğıc ili olacağını vurğulamışdır.
Read More
2011-ci ilin mart ayında həyata keçirilmiş qazma işləri [05.04.2011]
2011-ci ilin mart ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 15712 metr qazma işi həyata keçirmişdir. Bu sahədə görülmüş işlərin 14350 metri istismara, 1362 metri kəşfiyyata aid olmuşdur. Həyata keçirilmiş kəşfiyyat qazmasının 107 metri struktur axtarış qazmasına aid olmuşdur. Ümumiyyətlə, 2011-ci ilin yanvar-mart aylarında ARDNŞ üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 40738 metr qazma işi görülmüşdür ki, bunun da 38387 metri istismara, 2351 metri kəşfiyyata (o cümlədən, 600 metr struktur axtarış qazması) aid olmuşdur.
Read More
Kulevi Qara Dəniz Terminalında yanğınsöndürmə üsulları təkmilləşdirilir [05.04.2011]
ARDNŞ-ə məxsus Kulevi Qara Dəniz Terminalının çevik reaksiya dəstəsinin qəza hazırlılığının artırılması və yanğınsöndürmə üsullarının təkmilləşdirilməsi məqsədilə 2 ədəd “Purqa” markalı kombinə edilmiş yanğınsöndürmə qurğusu alınmışdır. Bu qurğuların fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, onlar eyni zamanda az və orta qatılıqlı köpüyü uzaq məsafəyə vurmaq qabiliyyətinə malikdir.
Read More
“Günəşli” yatağında yeni quyu qazılır [04.04.2011]
Kompleks Qazma İşləri trestinin “Bayıl Limanı” Dəniz Kəşfiyyat Qazma İdarəsi “Günəşli” yatağındakı 14 nömrəli özüldən 305 nömrəli quyunun qazmasına başlamışdır. Layihə dərinliyi 2950 metr olan quyu Fasilə Lay Dəstəsinə qazılır. Mədənçilərə 2011-ci ilin iyun ayında təhvil verilməsi planlaşdırılan quyudan sutkada 150 ton neft hasil ediləcəyi gözlənilir. Qeyd edək ki, quyu “28 May” NQÇİ-nin sifarişi ilə qazılır.
Read More
Neft məhsullarının ixracı (mart 2011-ci il) [04.04.2011]
ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2011-ci ilin mart ayında 12 min 25 ton avtomobil benzini, 107 min 240 ton dizel yanacağı, 7 min 963 ton təyyarə yanacağı, 999 ton soba mazutu ixrac etmişdir. Ümumilikdə, 2011-ci ilin yanvar-mart ayları ərzində 15 min 626 ton avtomobil benzini, 317 min 188 ton dizel yanacağı, 24 min 214 ton təyyarə yanacağı, 2 min 395 ton soba mazutu ixrac edilmişdir. 2011-ci ilin mart ayında dünya bazarında avtomobil benzininin qiyməti (1 ton üçün) - 988,92 dollar, təyyarə yanacağının – 1035,76 dollar, dizel yanacağının – 955,72 dollar, 1%-li kükürdlü mazutun qiyməti isə 660,13 dollar təşkil etmişdir.
Read More
Mart ayında dünya bazarında xam neftin qiymətləri [04.04.2011]
Mart ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 114,60 dollara, Urals nefti – 111,50 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 117,17 dollara satılmışdır.
Read More
Heydər Əliyev adına BNEZ-in quru qazı «Azərikimya» İB-ə ötürülür [04.04.2011]
Heydər Əliyev adına Bakı neft emalı zavodu və “Azərikimya” İstehsalat Birliyi ARDNŞ-nin sıx qarşılıqlı əlaqədə işləyən struktur sahələridir. Heydər Əliyev adına BNEZ-in geniş fəaliyyət imkanlarına malik olması Azərbaycanın neft-qaz emalı, neft-kimya kompleksinin uğurla inkişaf etməsinə mühüm təsir göstərir. Bu yaxınlarda iki müəssisə arasında böyük iqtisadi səmərə verəcək yeni bir layihənin həyata keçirilməsinə başlanılmışdır. Belə ki, “Azərikimya” İB-nin Etilen-Polietilen zavodunun xammalla etibarlı təmin edilməsi məqsədi ilə Heydər Əliyev BNEZ-in 55 nömrəli qurğusunda istehsal olunan quru qaz və nafta məhsullarının həmin zavoda nəql edilməsi haqqında qərar qəbul edilmiş və bu istiqamətdə genişmiqyaslı işlərə start verilmişdir.
Read More
ARDNŞ bütün Azərbaycan ərazisində genişmiqyaslı ağacəkmə kampaniyası keçirmişdir [02.04.2011]
ARDNŞ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkədə ətraf mühitin qorunması və ekoloji tarazlığın bərpası istiqamətində aparılan genişmiqyaslı tədbirlər çərçivəsində məqsədyönlü fəaliyyətini davam etdirir. Bu sahədə prioritet istiqamətlərdən birini neftlə çirklənmədən təmizlənmiş mədən ərazilərinin yaşıllaşdırılması təşkil edir. Artıq bir neçə ildir ki, yaz və payız mövsümlərində ağacəkmə kampaniyalarının keçirilməsi ARDNŞ-nin idarə və müəssisələrində ənənə halını almışdır.
Read More