JURNALDA REKLAM
Neft və qaz kimi ən vacib yanacaq-energetika ehtiyyatları olmadan bugünkü müasir cəmiyyətin sürətli inkişafına nail olmaq qeyri-mümkün olardı. Azərbaycan zəngin karbohidrogen ehtiyyatlarına malik neft ölkəsi olmaqla yanaşı, həm də bu ehtiyyatların mənimsənilməsi və istifadəsi sahəsində qədim tarixi olan bir ölkədir. 1884-cü ildə Bakıda sahibkarların xüsusi təşkilatı olan «Bakı neft sənayeçilərini şurası» yaradıldı. Bu Şuraya 1898-ci ilə kimi Lyudviq Nobel rəhbərlik etmişdir. 1898-ci ildə Bakı neft sənayeçilərinin qurultayında «Neft işi» qəzet-jurnalının təsis olunması haqqında qərar qəbul etdi. 10 yanvar 1899-cu ildən ayda iki dəfə bu qəzet-jurnal nəşr olunmağa başladı. Sonralar 1920-ci ilin may ayından etibarən jurnalın adı dəyişdirilərək «Azərbaycan neft təsərrüfatı» qoyuldu. Jurnal bu gün də ayda bir dəfə nəşr olunur.

«Azərbaycan neft təsərrüfatı» jurnalı neft-qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı, quyuların qazılması, neft-qaz yataqlarının işlənməsi və istismarı, neft-kimya, ekologiya və iqtisadiyyat sahəsinə həsr olunmuş aylıq nəşr olunan elmi-texniki istehsalat jurnalıdır.

-Nəşrin formatı: A4
-Tiraj: 1000-1200 nüsxə
-Səhifə: orta hesabla 80+üz qabığı
-Dövrülüyü: aylıq


Jurnala Azərbaycanın və eləcə də xarici ölkələrin dövlət və kommersiya təşkilatları, neft sənayesində çalışan alim və mütəxəssislər abunə yazılırlar.
Ötən il bizim jurnal özünün 110 illiyini qeyd etdi. Hal-hazırda jurnalda 3 dildə- azərbaycan, rus və ingilis dillərində materiallar dərc olunur. Azərbaycanda, eləcə də MDB ölkələrində nüfuzlu jurnallardan biri olan «Azərbaycan neft təsərrüfatı» jurnalı neft sənayesinin elmi-texniki və praktiki nailiyyətlərini geniş tətbiq etmək üçün öz səhifələrində, həm də saytında reklamlar verməyə başlayıb.
Azərbaycan, rus və ingidis dillərində reklamların sifarişi qəbul olunur.

Ünvan: Az1012, Bakı, H.Zərdabi küç.88
E-mail: office.aoi@socar.az
Əlaqə tel:  +(99412)  521-15-18, 521-15-48, 433-89-64

Reklam materiallarında verilən informasiyanın dürüstlüyü üçün redaksiya məsuliyyət daşımır.