MƏQALƏLƏRİN QƏBULU

Müəlliflərin nəzərinə

«Azərbaycan neft təsərrüfatı» jurnalına təqdim olunan elmi-texniki və istehsalat məqalələri müsbət ekspert rəyi verildiyi təqdirdə və redaksiya heyətinin iclasında baxıldıqdan sonra dərc olunmaq üçün redaksiyanın portfelində yerləşdirilir.

Rəyin alınması və təsdiqi 2 ay müddətinə qədər davam edir və sonra məqalələr növbəli qaydada dərc olunur.

"Azərbaycan neft təsərrüfatı" jurnalında məqalələrin dərc olunması üçün aşağıdakı tələblərin yerinə yetirilməsi xahiş olunur.

Materialların komplektliyi

  • 1."Azərbaycan neft təsərrüfatı" jurnalında məqalənin çap olunması üçün təşkilatın məktubu və əlavə olunan materialların siyahısı.
  • 2. Bütün müəlliflər haqqında məlumatlar: soyadı, adı və atasının adı, elmi dərəcəsi, iş yeri, tutduğu vəzifə, təvəllüdü (gün, ay, il) şəxsiyyət vəsiqəsinin və dövlət sosial sığorta şəhadətnaməsinin surəti, elektron poçt ünvanı, əlaqə nömrələri.


Məqalələrin tərtibatına dair texniki tələblər

  • 1. Məqalələr Azərbaycan, rus və ingilis dillərində qəbul olunur.
  • 2. Məqaləyə Azərbaycan, rus və ingilis dillərində açar sözlər və xülasələr əlavə olunmalıdır.
  • 3. Məqalənin həcmi cədvəllər və ədəbiyyat siyahısı daxil olmaqla 15 səhifədən artıq olmamalıdır. Məqalə Word redaktorunda, 14 şriftlə, 1,5 sətirarası intervalla, cədvəl və şəkillər şəkilaltı yazılarla ayrı vərəqlərdə təqdim edilməlidir.
  • 4. Redaksiyaya məqalə A4 formatında printerdən çıxarılmış 2 nüsxədə və kompakt-diskdə təqdim olunur. Boş sahələrin ölçüləri sol– 30 mm, sağ – 10 mm, yuxarı və aşağı – 20 mm olmalıdır. Səhifələr nömrələnməlidir. Tövsiyə olunan şrift Times New Roman (Azərbaycan, rus, ingilis dillərində mətnlər üçün). Məqalə elektron poçt vasitəsilə office.aoi@socar.az. ünvanına da göndərilə bilər.
  • 5. Material bu ardıcıllıqla verilməlidir:
    1. – universal onluq təsnifatına (UOT) görə şifr göstərilməlidir ;
    2. – məqalənin adı;
    3. – müəlliflin adı, atasının adı və soyadı, elmi dərəcəsi, təşkilatın adı (müəlliflər müxtəlif təşkilatlardan olduqda, müəssisələrin adlarından əvvəl sətirüstü indeksdə artma ardıcıllığı ilə rəqəmlər yazılmalı və həmin rəqəmlər müəlliflərin soyadlarından sonra göstərilməlidir. Məs.: İ.A. Bayramov1, A.A. Əliyeva2 və s.);
    4. – açar sözlər (Azərbaycan, rus və ingilis dillərində);
    5. – əsas mətn (beynəlxalq jurnallarda qəbul olunmuş aşağıdakı ümumi sxem üzrə tərtib olunur (Giriş, Metodika, Nəticə);
    6. – nəticədə aparılmış elmi-tədqiqat işlərinin praktiki tətbiqi göstərilməlidir.
    7. – ədəbiyyat siyahısında müəlliflərin soyadları və inisialları,kitabın (məqalənin) adı və ili,nəşriyyat, səhifələrin sayı, jurnalın adı,nömrəsi, məqalənin başlanğıc və sonuncu səhifələri göstərilməlidir. Mətndə kvadrat mötərizədə ədəbiyyatın nömrələri ardıcıllıqla qeyd edilir, məsələn [5].
  • 6. Məqalə bütün müəlliflər tərəfindən imzalanmalıdır.


Cədvəllər
Cədvəllərin sayı 5-dən artıq olmamaq şərtilə Word, Excel proqramlarında yığılmalıdır. Hər cədvəl bir fayl kimi təqdim olunmalıdır.


Şəkillər
Şəkillərin sayı – 5-dən artıq olmamalı (a, b, c hesaba alınmır) və Word, Excel, Photoshop, Corel DRAW (versiya 15 və əvvəlki versiyalar) proqramlarında JPG formatında təqdim olunmalıdır (300 dpi-dən az olmamaqla). Qrafik material dəqiq işlənilməli, bütün detallar (koordinat oxları, rəqəmlər və hərflər) aydın görünməlidir. Şəkillərin üzərindəki və şəkilaltı yazılar mətnə uyğun olmalıdır. Skaner olunmuş və digər qrafik redaktorlardan köçürülmüş şəkillər qəbul edilmir. Mətn, cədvəl və qrafiklərin təkrarlanması yolverilməzdir.
Məqalədə istifadə olunan ölçü vahidləri Beynəlxalq Vahidlər Sisteminə (Sİ) uyğun olmalıdır.


Düsturlar
Düsturların sayı 10-dan artıq olmamalı (aradakı düsturlar hesaba alınmır), ilk dəfə göstərilən bütün parametrlər izah edilməlidir. Mürəkkəb riyazi düsturların düstur redaktorunda, sadə tənliklərin isə Word proqramında yığılması tövsiyə olunur.


Sadalanan tələblərə cavab verməyən məqalələr qaytarılır. Məqalənin daxilolma tarixi onun redaksiya tərəfindən sonuncu dəfə qəbul edildiyi tarix sayılır.
Redaksiya məqalələrdə redaktə xarakterli dəyişikliklərin edilməsi və ixtisarların aparılması hüququna malikdir. Düzəlişləri razılaşdırmaq üçün məqalənin çapa hazırlanmasının iki mərhələsində (redaktə zamanı və səhifələnmədən sonra) müəlliflərə məqalələri oxumaq və müzakirə etmək hüququ verilir. Müəlliflər redaksiya tərəfindən məlumatlandırıldıqdan (e-mail vasitəsi və ya telefon zəngilə) sonra 3 iş günü ərzində redaksiyaya gəlməlidirlər, əks təqdirdə məqalə redaksiya tərəfindən razılaşdırılmamış çapa verilir və yaxud nömrədən çıxarılır.


Nəşriyyata göndərildikdən sonra məqalədə dəyişikliklərin edilməsi qəbul olunmur.

Əlavə məlumat üçün "Azərbaycan neft təsərrüfatı" jurnalı redaksiyasına müraciət edə bilərsiniz:

E-mail: office.aoi@socar.az

Tel.: (+99412) 521-15-48