TƏSİSÇİLƏR
1884-cü ildə Bakıda sahibkarların xüsusi təşkilatı olan «Bakı neft sənayeçilərini şurası» yaradıldı. Bu Şuraya 1898-ci ilə kimi Lyudviq Nobel rəhbərlik etmişdir. 1898-ci ildə Bakı neft sənayeçilərinin qurultayında «Neft işi» qəzet-jurnalının təsis olunması haqqında qərar qəbul etdi. 10 yanvar 1899-cu ildən ayda iki dəfə bu qəzet-jurnal nəşr olunmağa başladı. Sonralar 1920-ci ilin may ayından etibarən jurnalın adı dəyişdirilərək «Azərbaycan neft təsərrüfatı» qoyuldu. Jurnal bu gün də ayda bir dəfə nəşr olunur.

«Azərbaycan neft təsərrüfatı» jurnalının təsisçisi Azərbaycan Dövlət Neft Şirkətidir (SOCAR).