“Günəşli” yatağında yeni quyu qazılır [04.04.2011]
Kompleks Qazma İşləri trestinin “Bayıl Limanı” Dəniz Kəşfiyyat Qazma İdarəsi “Günəşli” yatağındakı 14 nömrəli özüldən 305 nömrəli quyunun qazmasına başlamışdır. Layihə dərinliyi 2950 metr olan quyu Fasilə Lay Dəstəsinə qazılır. Mədənçilərə 2011-ci ilin iyun ayında təhvil verilməsi planlaşdırılan quyudan sutkada 150 ton neft hasil ediləcəyi gözlənilir. Qeyd edək ki, quyu “28 May” NQÇİ-nin sifarişi ilə qazılır.