2011-ci ilin mart ayında həyata keçirilmiş qazma işləri [05.04.2011]
2011-ci ilin mart ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 15712 metr qazma işi həyata keçirmişdir. Bu sahədə görülmüş işlərin 14350 metri istismara, 1362 metri kəşfiyyata aid olmuşdur. Həyata keçirilmiş kəşfiyyat qazmasının 107 metri struktur axtarış qazmasına aid olmuşdur. Ümumiyyətlə, 2011-ci ilin yanvar-mart aylarında ARDNŞ üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 40738 metr qazma işi görülmüşdür ki, bunun da 38387 metri istismara, 2351 metri kəşfiyyata (o cümlədən, 600 metr struktur axtarış qazması) aid olmuşdur.