Kulevi Qara Dəniz Terminalında yanğınsöndürmə üsulları təkmilləşdirilir [05.04.2011]
ARDNŞ-ə məxsus Kulevi Qara Dəniz Terminalının çevik reaksiya dəstəsinin qəza hazırlılığının artırılması və yanğınsöndürmə üsullarının təkmilləşdirilməsi məqsədilə 2 ədəd “Purqa” markalı kombinə edilmiş yanğınsöndürmə qurğusu alınmışdır. Bu qurğuların fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, onlar eyni zamanda az və orta qatılıqlı köpüyü uzaq məsafəyə vurmaq qabiliyyətinə malikdir. Az qatılıqlı köpük yanğın üzərinə düşdükdə ilk növbədə onu soyudur, orta qatılıqlı köpük isə yanğın sahəsini havadan (oksigendən) izolyasiya edir. Bu üsul orta qatılıqlı köpüyün dağılma intensivliyinin azalmasına səbəb olur. Az və orta qatılıqlı köpüyün bir yerdə vurulması isə orta qatılıqlı köpüyün vurma məsafəsini və onun yanğın sahəsi üzərində yayılma sürətini artırır ki, bu da son nəticədə yanğının söndürülməsi vaxtını tezləşdirir.