Q.M. Pənahov, Ş.Z. İsmayılov, A.O. Yüzbaşiyeva, S.R. Rəsulova
Qeyri-Nyuton neftlərin reoloji parametrlərinə sərhəd qatınıntəsirinin tədqiqi
Qeyri-Nyuton neftlərin reoloji parametrlərinə sərhəd qatının təsiri tədqiq olunmuşdur. Bu təsirlərin təzahürü neftin reologiyasının, həmçinin tətbiq proseslərində kəmiyyət və keyfiyyət göstəricilərinin dəyişilməsinə gətirib çıxarır. Boruların gətirilmiş “açıqlıq” sahəsinin qeyri-Nyuton neftlərin reoloji xüsusiyyətlərinə təsiri öyrənilmişdir. Reoloji parametrləri qiymətləndirmək üçün l/d>100 və qıraq effektləri gözləməklə müxtəlif diametrli borular seçilmişdir. Eksperimentlər nəticəsində müəyyən edilmişdir ki, boruda sərhəd qatının müxtəlif qiymətlərində tempera-turun qeyri-Nyuton neftlərin reoloji xüsusiyyətlərinə təsirləri eyni olmur. Açar sözlər:kapilyar, reologiya, dərəcə, özlülük, qeyri-Nyuton neft.