Q.M. Pənahov, E.M. Abbasov, A.O. Yüzbaşıyeva, S.R. Rəsulova, P.T. Müseyibli
Qeyri-Nyuton neftlərin reofiziki xassələrə termiki və kimyəvi təsiri
Məqalədə qeyri-Nyuton neftlərin reoloji parametrlərinə struktur-dağıdıcı əlavələrin və temperaturun təsiri məsələsinə baxılıb. Neftlərdə parafin-qatran-asfalten maddələrinin olması səbəbindən müxtəlif fiziki-kimyəvi proseslərdə temperaturun təsirinin bir sıra xüsusiyyətləri aşkar edilmişdi. Bu halda, temperaturla təsir zamanı mayelərin özlülük və ilkin sürüşmə gərginliyinin qiymətlərində fərq yaranır. İstiliyin neftin reoloji parametrlərinə təsiri, dinamik və statik şəraitdə temperaturun alınma tempindən əhəmiyyətli dərəcədə asılı olduğu müəyyən edilmişdir. Müəyyən edilmişdir ki, müxtəlif temperaturlarda struktur-dağıdıcı polimer əlavələr neftin reoloji xüsusiyyətlərində müəyyən dəyişikliklər yaradır. Açar sözlər: temperatur, özlülük, sürüşmə gərginliyi və sürəti, reologiya, poliizobutilen, konsentrasiya.