S.Ş. Salahov, Ş.S. Salahov
Nabran-Xudat bölgəsi üzrə Məhsuldar Qat çöküntü kompleksində sulfat-xlor hidrogeokimyəvi keçid zonasının əsas səciyyəsi (müzakirə təriqilə)
Nabran-Xudat bölgəsi respublikamızın şimal-şərq hissəsində yerləşir və təbii sərvətləri ilə seçilir. Yer səthində istiliyi 86 oC-yə çatan yüksək hidrodinamik rejimə malik olan və müalicəvi əhəmiyyət kəsb edən termal sular məhz bu bölgədə yerləşir. Pyatiqorsk Elmi Tədqiqat və Fizioterapiya İnstitutunun elmi əməkdaşlarının apardığı çöl tədqiqat işlərinin nəticələrinə əsasən bu sular ürək, qan-damar, əsəb, oynaq və s. xəstəliklərin müalicəsində əvəzolunmazdır. Açar sözlər: hidrogeokimyəvi, debit, temperatur, sulfat, xlor, sulu horizont, Məhsuldar Qat, keçid zonası, litoloji amil.