M.F. Tağıyev, Ə.İ. Xuduzadə, İ.N. Əsgərov
Karbohidrogenlərin proqnoz resurslarının qiymətləndirilməsi: ənənəvi üsullar və müasir inkişaf istiqamətləri
Karbohidrogenlərin proqnoz resurslarının qiymətləndirilməsi üsullarını üç əsas istiqamətə aid etmək olar: empirik, statistik və hövzə modellənməsi. Neft-qaz resurslarının ənənəvi proqnoz üsulları nə qədər sadə və anlaşıqlı olsa da, onların istifadəsində əhəmiyyətli dərəcədə subyektiv yanaşma tətbiq edilir. Proqnoz qiymətlərinin etibarlıq dərəcəsi və giriş parametrlərinin qeyri-müəyyənlik diapazonu arasında müəyyən əlaqə vardır. Məhz bu xüsusiyyəti nəzərə alaraq, əldə edilmiş qiymətlərin «ehtimal mötərizə»lərinə alınmasını həyata keçirən statistik üsullar meydana gəlmişdir. Kompüter texnologiyalarına əsaslanan hövzə modellənməsi proqram vasitələri çöküntü qatında gedən proseslərin geoloji, geofiziki və fiziki-kimyəvi təsvirini konkret kəmiyyətlərlə əks etdirmək imkanına malikdir. Yaradıcı alət kimi istifadə edilərsə, onlar neft geologiyası, axtarış və kəşfiyyatının bir sıra fundamental məsələlərinin həllinə əhəmiyyətli töhfə verə bilərlər. Proqnoz resurslarının qiymətləndirilməsində isə, onların istifadəsi xüsusilə faydalı hesab edilir. Açar sözlər: karbohidrogenlər, proqnoz resurslar, çöküntü hövzələri, qiymətləndirmə üsulları, hövzə modellənməsi.