R.M. Zeynalov, E.A. Kazımov, N.M. Əliyev, Ş.M. Xudiyeva, F.Ə. Əsədov
Az gil tutumlu polimer-emulsiyalı qazma məhlulunun işlənməsi və tətbiqinin nəticələri
Məqalədə məhsuldar layların keyfiyyətli açılmasını və anomal lay təzyiqli horizontların qəza və mürəkkəbləşmələrsiz qazılmasını təmin edən yeni az gil tutumlu qazma məhlulunun işlənməsi və tətbiqinin nəticələri şərh olunmuşdur. Yataqlarımız üçün müvafiq qazma məhlulunun əhəmiyyətli rola malik olması vurğulanmışdır. Göstərilmişdir ki, yeni məhlul sadə hazırlanma texnologiyasına malik olmaqla yanaşı iqtisadi cəhətdən əlverişli olub məhsuldar layların kollektor xassələrini qorumağa imkan verir. Eyni zamanda alətin endirilməsi zamanı layın hidravlik yarılma riski azalır. Açar sözlər: quyu, qazma məhlulu, bərk faza, hidravlik yarılma, emulqator.