M.Ə. Dadaş-zadə, T.S. Babayeva
Dərinlik nasosunun istismar göstəricilərinə quyudibi zonanın vəziyyətinin təsirinin qiymətləndirilməsi
Mədən təcrübəsi göstərir ki, nasos dayandırıldıqdan sonra laydan quyuya sıxılmayan mayenin axını davam edir və boruarxası fəzada mayenin səviyyəsi artır. Skin-zonanın yaranması zamanı nasos quyusunda mayenin səviyyəsi yavaş-yavaş qalxır və bu proses uzun müddət davam edir. Məqalədə, sıxılmayan mayelər üçün dərinlik nasosunun işinə skin-faktorun təsirinin nəzərə alınması metodikası və işləyən nasos quyularında skin-effekt nəzərə alınmaqla basqının bərpaolunma zamanının müəyyənləşdirilməsi üsulu təklif edilir. Açar sözlər: skin-faktor, skin-effekt, skin-zona, məhsuldarlıq, quyunun radiusu.