V.Ş. Qurbanov, S.D. Mustafayev, Z.E. Eyvazova, F.H. Bayramov, R.A. Quliyev
Mürəkkəb geoloji-fiziki şəraitdə ştanqlı dərinlik nasos neft quyularının optimal texnoloji iş rejimlərinin müəyyən edilməsi
Azərbaycan neft yataqlarının istismarında dünyanın neft hasil edən ölkələrində rast gəlinən çoxsaylı müxtəlif mürəkkəbləşmələrdən əsasən ikisi – quyu məhsulunun vaxtından əvvəl lay suyu ilə sulaşması və intensiv qum təzahürləri nəticəsində qum tıxaclarının yaranması baş verir. Quyularda düzgün optimal texnoloji rejimlərin qurulması üçün əvvəlcə onlarda baş vermiş mürəkkəbləşmələr aradan qaldırılmalı, yaxud da bunların mənfi təsirləri, yəni hasil edilən məhsulun sulaşma dərəcəsi azaldılmalıdır. Bu məqsədlə lay suları yeni universal hidrodinamik üsulla təcrid edilməli və qum tıxaclarının yuyulması ilə əlaqədar olan təmirlərin tezliyi azaldılmalıdır. Elmi yanaşma ilə qurulmuş indikator diaqramları göstərir ki, 46 №-li quyunun debitini təqribən 1.52.0 t/günədək artırmaq mümkündür. Açar sözlər: mürəkkəb şərait, ştanqlı dərinlik nasosu, texnoloji rejim, məhsulun sulaşması, qum tıxacı, sutəcridedici ölü neft, təkrar sulaşma müddəti, su konusu, su dili, daban suyu, kontur suyu, yad su.