H.C. Cəfərov, S.M. Abbasova, H.A. Azərli
Neft quyularının hasilatını ölçmə qurğularının səviyyəölçəninin üzgəclərinin vəziyyətinə nəzarət alqoritmi
Neft quyularının hasilatının qrup-ölçmə qurğularının dəyişən səviyyələr siqnallayıcısının (səviyyəölçəninin) üzgəclərinin səviyyələrinin qurğunun separatorundakı uyğun su (neft-suayırıcı) və neft (ümumi maye) səviyyələrindən fərqinin təyin edilməsi ilə sistematik xətaların aradan qaldırılmasına imkan verən alqoritm və onun texniki realizasiyası təklif edilmişdir. Açar sözlər: quyunun debiti, dəyişən səviyyələr siqnalizasiyası, vəziyyətə nəzarət alqoritmi, ölçmə qurğuları.