A.E. Əlizadə
Mazutun yanar şistlərlə birgə hidrokrekinq prosesinə temperaturun təsirinin tədqiqi
Məqalədə mazutun neftə alternativ xammal mənbəyi olan yanar şistlərlə birgə hidrokrekinq prosesinin nəticələri verilmiş, temperaturun hidrokrekinq prosesinə təsiri tədqiq edilmişdir. İlkin xammal olaraq, Bakı neftləri qarışığından alınan mazut götürülmüşdür. Yanar şistin mazutla birgə hidrokrekinq prosesinə temperaturun təsiri 1 MPa təzyiqdə 400460 oС intervalında öyrənilmişdir. Müəyyən edilmişdir ki, proses 400 oС temperaturda aparıldıqda açıq rəngli neft məhsullarının çıxımı 30 % kütlə, temperatur 450 oС-yə qədər yüksəldildikdə isə çıxım 38 % artaraq 68 % kütlə təşkil edir. Temperatur 400 oС-dən 450 oС-ə qədər artdıqda qazın, benzinin və dizel fraksiyasının çıxımı uyğun olaraq, 3-dən 6-ya, 3.0-dan 29.0-a; 27.0-dan 39.0 % kütləyə qədər artır. Qalıq fraksiyasının çıxımı 66.0-dan 28.0 %-ə qədər azalır, koksun miqdarı isə 1.5-dən 3.5 % kütləyə qədər artır. Açar sözlər: yanar şist, mazut, hidrokrekinq prosesi, benzin fraksiyası, dizel fraksiyası.