E.A. Alxaslı
Neft emalı və neft-kimya zavodlarının inteqrasiyası: dövrün tələbi, tətbiq olunan müasir həllər
Son zamanlar neft emalı və neft-kimya sənayesində rəqabət artmış, bazarın konyunkturasında müəyyən dəyişikliklər baş vermiş, nəticədə müəssisələrin inteqrasiyası önəm qazanmışdır. Qeyri-stabil neft bazarında qiymət oynamaları, emal və neft-kimya məhsullarına olan tələb dəyişkənliyi, sərtləşən ekoloji normaların istismar xərclərinə təsiri, neft-kimya üzrə irihəcmli investisiyanın və rəqabətin artması, iqtisadi cəlbedicilik baxımından neft sənayesi müəssisələrinə vahid kompleks şəklində baxılmasını labüd edir. Bu zavodların inteqrasiyası xərclərin azaldılması və səmərəliyin artırılmasında mühüm rol oynayan bir amildir. Məqalədə neft-kimya və emal zavodları arasında inteqrasiyanın üstünlükləri qeyd edilir. Stimullar, faydalar və çətinliklər müzakirə olunur, nümunələr verilir. Zavodlar arasında sinerji üstünlüklərindən istifadə etməklə bazarda davamlı rəqabət qabiliyyətinin təmin edilməsi üçün zavodlar arası inteqrasiya və analitik həll yolları təqdim edilir. Açar sözlər: neft emalı, neft-kimya, inteqrasiya, konyunktura, xərclərin azaldılması, səmərəliyin artırılması.