D.Ə. Əmiraslanova
“Etilen-Рolietilen” zavodunda risklərin idarə edilməsinin qiymətləndirilməsi
Müasir şəraitdə fəaliyyət növü və mülkiyyət formasından asılı olmayaraq, müəssisələr, həmişə müəyyən risklərlə qarşılaşırlar. Təsərrüfat fəaliyyəti zamanı meydana çıxa biləcək riskləri proqnozlaşdırmadan, onların aşağı salınması və idarə edilməsi üzrə müfaviq qərarlar qəbul etmədən heç bir müəssisə sabit və səmərəli fəaliyyət göstərə bilməz. İstehsal- təsərrüfat prosesi zamanı meydana çıxan risklərin idarə edilməsinin respublikamızın neft-kimya müəssisələri üçün də xüsusi əhəmiyyəti var. Məhz bu baxımdan risk anlayışı açıqlanmış, “Etilen-Polietilen” zavodunun idarə edilməsi strukturu təhlil edilmiş və risklərin idarə edilməsi təkmilləşdirilmişdir. Açar sözlər: zavod, istehsal-təsərrüfat, risk, idarə etmək, satış fəaliyyəti.