F.X. Kərimli
Azərbaycan neft emalı sənayesinin inkişaf xüsusiyyətləri və problemlərinin həlli yolları
Müasir dövrdə neft hasil edən ölkələrdə neft emalı sənayesinin inkişafı və yüksək texnoloji tələblərə cavab verən infrastrukturun olması mühüm göstərici hesab edilir, çünki bütövlükdə ölkənin sosial-iqtisadi potensialı geniş aspektdə özündə əks etdirir. Azərbaycanın neft-kimya və emalı sənayesinin potensialı və infrastrukturun araşdırılması bu sahədə mövcud olan problemləri aşkar etməyə və onların aradan qaldırılması yollarının müəyyənləşdirilməsinə imkan verəcəkdir. Açar sözlər: neft-kimya sektoru, neft emalı sənayesi, emal dərinliyi, neft emalı zavodu, texnologiyalar.