İ.S. Quliyev, Q.S. Martınova, O.P. Maksakova, F.R. Babayev, R.G. Nənəcanova, A.S. Cavadova,
Neftlərdə adamantanlar – dərin qatlarda ana süxurun mövcudluğunun göstəricisi kimi (Abşeron arxipelaqı, Cənubi Xəzər hövzəsi)
Xromato-mass-spektrometriya üsulu ilə Abşeron arxipelaqı neftlərində biomarkerlər müəyyənləşdirilib, o cümlədən adamantan və onun homoloqları, adamantoidlərin C10-C14 tərkibində paylanma xüsusiyyətləri və onların neftin genezisində rolu haqqında araşdırma aparılıb. Xromato-mass-spektrometrik nəticələrin hesablamalarına görə, adamantan və onun metiləvəzolunan birləşmələri termodinamik davamlılığın artma qaydasında aşağıdakı kimi yerləşir: 2-MAd >1- Mad > 3-Mad > Ad, bu isə adamantanın neftlərdə normal alkanların termiki çevrilmələr nəticəsində əmələ gəlməsini göstərir. Açar sözlər: neft, biomarkerlər, adamantanlar, xromato-mass- spektrometriya.