B.S. Aslanov, V.B. Cəbrayılzadə, L.P. Məmmədova, İ.İ. Quliyev
Cənubi Xəzər çökəkliyinin qərb sahilboyu “quru-dəniz” keçid zonasında neft-qazlılığın struktur-tektonik kriteriləri (müzakirə təriqilə)
Məqalədə qeyd olunub ki, çıxarılan neft-qaz məhsullarının həcminə görə Cənubi Xəzər neftli-qazlı hövzəsi Xəzərin ən zəngin regionudur. Burada işlənmədə olan yataqların ən yüksək hissəsi yerləşir. Ona görə də sahilətrafı ölkələr regionu ən perspektivli qəbul ediblər. Cənubi Xəzərin coğrafi və tektonik yerləşməsi, eləcə də mezokaynozoy laylarının struktur-morfoloji əlamətləri qısaca olaraq şərh olunub. Diqqətə çatdırılır ki, çox Dərin Cənubi Xəzər Depressiyası (DCXD) istər paleogeoloji təkamül, istərsə də müasir dövrdə əsas neft-qaz əmələgəlmə hövzəsidir, lakin bu günə qədər neft və qazın əmələ gəlməsi və formalaşmasında alim və tədqiqatçılar arasında bu hövzənin rolu haqqında tam fikir yaramnamışdır. Tədqiqatçıları nmülahizələri və tərtib olunmuş tektonik rayonlaşdırma xəritələrinin, dərinlik kəsilişləri və geoloji modellərin müqayisəli analizi əsasında güman olunur ki, sahilətrafı, xüsusən qərb sahilboyu "quru-dəniz" keçid zonası neftqaz əmələ gətirmə mühiti ola bilər. Bu fikrin dəqiqləşdirilməsi üçün yüksək səviyyəli geofiziki kəşfiyyat işlərinin aparılması təklif olunur. Açar sözlər: çökəklik, quru-dəniz, sahilboyu, keçid zonası, struktur-morfoloji əlamətlər.