A.B. İzmuxanbetov, E.A. Kazımov, E.T. Mirmehdiyeva
Urixtau yatağında quyuların ləğvində texnoloji məhlulların istifadəsi
Təcridetmə-ləğvetmə işləri tez-tez rast gəlinən əməliyyatlardandır. Qazaxıstan Respublikasının qanunlarına əsasən öyrənilməmiş strukturlarda aparılan kəşfiyyat işlərində Yer təkinin istisfadəçisi axtarış-kəşfiyyat quyularının tikintisi zamanı onların ləğvini də nəzərə almalıdır. Bu məqsədlə Urixtau yatağının karbohidrogen ehtiyatlarının kəşfiyyat obyektlərinin ləğvinin layihələndirilməsi nəzərdə tutulmuşdur. Cənub və Şərq strukturların kəşfiyyatında karbonat qatının və Devon çöküntülərinin açılması nəzərdə tutulmuşdur ki, bu da öz növbəsində inert süxurlarda texnoloji məhlulların istifadəsini ön plana çəkmişdir. Həmin quyuların ləğvində də analoji texnoloji məhlulların istifadəsi təklif olunmuşdur. Açar sözlər: təcridetmə-ləğvetmə işləri, texnoloji məhlul, sement körpüsü, komponent tərkibi, qazma və tamponaj məhlulları.