T.Ş. Salavatov, M.Ə. Dadaş-zadə
İstismar quyularının işinə skin-zonanın təsiri
Dərinlik nasos quyularınin istismari zamanı onların hidrodinamik natamamlığı səbəbindən problemlər yaranır. Bu zaman quyudibi zonada layın keçiriciliyi pozulur. Bu kəmiyyət yalnız layın həqiqi keçiriciliyindən asılı deyil, eyni zamanda quyudibi zonanın vəziyyəti ilə də bağlıdır. Məqalədə, quyudibi zonanın skin-zonasını nəzərə almaqla dərinlik nasos qurğusunun işinin hesablanma metodikası təklif olunur ki, bu nasosun məhsuldarlığının yaxşılaşdırılması üçün işlərin proqnoz- laşdırılmasına imkan verir. Açar sözlər: skin-zona, skin-faktor, keçiricilik, dinamik və statik səviyyə, məhsuldarlıq.