F.Q. Həsənov
Dərin dəniz platforma dayaq bloklarının barjadan endirilməsi texnologiyası
Şelfin yanacaq-energetika resurslarına, xüsusilə Xəzər dənizinin neft-qaz yataqlarının mənimsənilməsi məsələsinə bu gün xüsusi diqqət ayrılır. Bu məsələnin həlli məqsədilə bir çox elmi-texniki sualların öyrənilməsi tələb olunur. Dərin sulu ərazilər üçün nəzərdə tutulmaqla neft-qaz-mədən hidrotexniki özüllərinin əsas elementi kimi dəniz platformalarının dayaq blokunun suya buraxılması vacib məsələlərdən biridir. DSP dayaq bloku ilə əməliyyatların aparılması üçün hesablamalar kütlə və ağırlıq mərkəzi koordinatlarının emal məlumatları əsasında dəqiqləşdirilmiş parametrlərinə uyğun “SACS” и “STAAD.PRO” hesablama proqramlarının köməyi ilə həyata keçirilmişdir. Dayaq bloku barjada olan itələmə qurğusunun köməyi ilə barjanın arxasına itələnir, ağırlıq mərkəzi dəyişdiyindən barjanın diferent bucağı arxa hissəyə doğru dəyişir. Dayaq bloku və barja arasındakı sürtünmə əmsalına uyğun diferent bucağı artırıldıqdan sonra dayaq bloku özü sürüşərək irəliləyir. Eyni zamanda, barjada yerləşən dayaq blokunun ağırlıq mərkəzi böyük barja çərçivəsi ilə üst-üstə düşənə qədər diferent bucağı artır. Araşdırmalar zamanı barjanın arxa hissə perpendikulyarından blokun ağırlıq mərkəzi, diferent anı, barjanın diferenti, burnu və arxa hissəsinin oturması, diferent bucağı müəyyən edilir. Açar sözlər: dayaq bloku, ağırlıq mərkəzi, barja, diferent bucağı, suya oturma.