V.B. Xanəliyev
Ştanqlı dərinlik nasos quyularında balansir başlığına təsir edən sürtünmə qüvvəsinin təyini
Məqalədə, ştanqlı dərinlik nasos quyularında mancanaq dəzgahının balansir başlığına təsir edən maksimal yükün qiymətinin təyin edilməsi üçün üsulların qısa ədəbiyyat icmalı verilmişdir. Sonra müəllifin təklif etdiyi yeni üsul şərh edilmişdir. Bu üsulda “Kvantor-4mikro” aparat-proqram kompleksinin dinamometri vasitəsilə işləyən quyuda dinamoqram çıxarılır. Dinamoqramdan istifadə edərək onun yuxarı üfqi tərəfinin ordinatından maksimal yükün qiyməti götürülür. Quyunun istismar parametrlərindən istifadə edərək, məlum düsturlarla onun toplanan yüklərinin (ştanqlar kəmərinin mayedəki çəkisi və maye sütununun ağırlığından yaranan statik yüklərin) qiymətləri hesablanır. Buraya ətalət qüvvəsi və sürtünmə qüvvəsi də daxildir. Bu yüklərdən ibarət tənlik qurulur, iştirak edən sürtünmə qüvvəsi məchul olur. Tənlik həll edilərək sürtünmə qüvvəsinin qiyməti tapılır. Təklif edilən üsul Ə.C.Əmirov ad. NQÇİ-nin quyularında tətbiq edilmiş və 546 №-li quyuda bu üsulla aparılan hesablamada sürtünmə qüvvəsinin 48.58 kq alınmışdır. Burada maksimal yükün qiyməti dinamoqramın yuxarı horizontal xəttindən götürülür. Açar sözlər: ştanqlı kəmərin ağırlığı, mayü sütununun çəkisi, balansir başlığı, sürtünmə qüvvəsi, təcil, ətalət qüvvəsi, kütlə, sərbəst düşmə təcili, bucaq sürəti, paqon metrin çəkisi.