R.Ə. Həsənov, İ.Y. Şirəli, V.Y. Tsivilitsin, İ.B. Bondar, F.А. Ramazanov
Qazma kəmərinin aşağı hissəsi yığımları üçün maqnit icraedici mexanizmlərə malik əks klapanların layihələndirilməsi metodikasının işlənməsi və tətbiqi
Məqalədə iki növ maqnit mexanizmləri təklif olunmuş və onların güc xarakteristikalarının əsas hissəsində dartma gücünün hesablanması üçün araşdırmalar aparılmış və müvafiq üsullar təklif olunmuşdur. Hər iki tip mexanizmin işlək hissələri modelləşdirilərək sınaq qurğularında aidiyyətı təcrübələr aparılmış onların nəticələrinin hesabi xarakteristikalar ilə uzlaşdığı müəyyən edilmişdir. Araşdırılan maqnit mexanizmlərin güc xarakteristikalarının qurğuların konstruktiv icralarından və metrik ölçülərindən asılı olaraq tənzimlənə bilməsi müəyyən edilmiş, müvafiq metodika işlənmiş və birgəlik şərtlərinin sintez olunması əsasında yaradıla biləcək maqnit mexanizmlərinin müxtəlif texniki təyinatlı tətbiqi ilə əlaqədar layihələndirmə və təcrübi tədqiqatlar aparılmışdır. Xüsusi tətbiqlərin tələblərinə uyğun olaraq maqnit mexanizmlərin güc xüsusiyyətlərinin dəyişdirmə yolları göstərilmişdir. SOCAR-ın müxtəlif neft və qaz sahələrində quyu qazılması təcrübəsində istifadə olunan qazma kəmərinin aşağı hissəsi yığımları üçün aparılmış tədqiqatlar əsasında maqnit əks klapanlarının konstruksiyaları yaradılmış və SOCAR-ın müxtəlif neft və qazlı sahələrində müvəffəqiyyətlə və böyük iqtisadi səmərə ilə tətbiq edilmişdir. Açar sözlər: maqnit yayı, daimi maqnit, maqnit dövrə, geri çəkmə qüvvəsi, qalıq maqnit induksiya, demaqnetizasiya əmsalı, məcburetmə qüvvəsi, yoxlama klapanı, qazma kəmərinin aşağı hissəsi yığımları.