Ə.Ə. Qədirov
Metal kompleks birləşmələrinin sintetik yağlara aşqar kimi tətbiqi
Məqalədə tərəfimizdən salisil aldehidi və naftaldehidlə oktadesilaminin qarşılıqlı təsirindən N-(2-окsibenzal (naftal)-dodesilaminlər (Şiff əsasları) alınmışdır. Sonra həmin Şiff əsaslarının iştirakı ilə Cu (II), Ni (II) və Co (II) keçid metallarının bis-[N-(2-oksisalisilal(naftal)-oktadesiliminatları] – bəzi xelat tipli kompleks birləşmələri (A) və (B) sintez edilərək onların aşqar kimi tədqiqatı göstərilmişdir. Aşqarların sintetik sürtkü yağı olan pentaeritritin mürəkkəb efirinin termooksidləşdirici və yağlama xassələrinə təsiri yoxlanılaraq alınan sınaq nəticələri uyğun olaraq fenil- α-naftilamin və trikrezilfosfatla  əmtəə aşqarları ilə müqayisəli şəkildə rəqəmlərlə verilmişdir. Açar sözlər: aşqar, pentaeritrit efiri, metal kompleksləri, korroziya, yeyilmə, özlülük.