A.M. Əliyeva, A.C. Əfəndi, L.Q. Məhərrəmova, İ.H. Məlikova, L.İ. Kojarova
Dimetil efirinin və dimetoksimetanın metanoldan katalitik yolla alınması
Metanolun formaldehidə və digər alternativ ekoloji yanacaqlara: dimetil efirinə ve dimetoksimetana çevrilməsi yolları tədqiq edilmişdir. Metanoldan bu maddələrin alınması həm bimetallik Zr-Mo, Zr-V, V-Fe, həm də Со2+, Сu2+ – ilə modifikasiya olunmuş klinoptilolit katalizatorların iştirakı ilə aparılmışdır. Metanolun çevrilməsi üçün optimal şərait müəyyən edilmişdir. Katalitik sistemlərin RFA ve RFES spektrləri cəkilmiş, katalizatorların aktivliyi və selektivliyi ilə səthin tərkibi arasında əlaqə müəyyən edilmişdir. Açar sözlər: metanol, katalizatorlar, ərintilər, aktivasiya, klinoptilolit, oksidləşmə, formaldehid, dimetil efiri, dimetoksimetan.