P.R. Məmmədov
Gümüşün (I) neft sularında təyin edilməsi üçün yeni sadə spektrofotometrik üsul
Gümüş (I) ionun mikro miqdarının neft sularında təyin edilməsi üçün çox sadə, həssas, yüksək seçicilikli və qeyri-ekstraksiyalı spektrofotometrik metodika işlənib hazırlanmışdı. 2,2’-di (2,3,4-trihidroksifenilazo) bifenil (DTFAB) gümüşün (I) qeyri-ekstraksiyalı spektrofotometrik təyini üçün yeni analitik reagent kimi təklif edilmişdi. Su mühitində di (2,3,4-trihidroksifenilazo) bifenil gümüş (I) ionu ilə 2:1 (Ag:DTFAB) molyar nisbəti ilə yüksək işıq udmaya malik yaşımtıl-sarı xelat kompleks birləşmə əmələ gətirir. Reaksiya ani gedir və 540 nm dalğa uzunluğunda müşahidə olunan maksimum işıq udulması 24 saat sabit qalır. Molyar udma əmsalı və Sandell həssaslığı müvafiq olaraq 4.3·104 l mol-1 sm-1 və 5.0 mkq/sm-2 gümüş (I) üçün təyin edilmişdi. Dərəcəli qrafikdə xəttilik 0.1–3 mkq/ml Ag (I) intervalda müşahidə olunur. Təyinata 30-dan çox kation, anion və kompleks əmələgətiricilərin maneçilik dərəcələri müəyyən edilmiş və böyük miqdarlarda mane olmadıqları müəyyən olunmuşdu. Hazırlanmış üsul yüksək həssaslıq və düzgünlüyə malikdir. Metodika gümüş (I) üçün yüksək selektivdir və neftlə birlikdə çıxan sularda Ag (I) təyinində uğurla tətbiq olunmuşdu. Açar sözlər: spektrometriya, gümüş, 2,2-di (2,3,4-trihidroksifenilazo) bifenil, təyinolunma, neftli su.