H.Q. İsmayılova, Z.İ. Fərzəlizadə
Neft dağılmaları və ekoloji risklərin qiymətləndirilməsi
Məqalədə neft istehsalı və nəqli proseslərində qəza halları ilə bağlı ətraf mühitə neft dağılmalarının təsnifatı verilmiş və ekoloji-iqtisadi risklərin qiymətləndirilməsinə baxılmışdır. Müəyyən edilmişdir ki, bu risk bəzən aşağı olsa da, irimiqyaslı neft dağılmaları ilə bağlı nəticələrin çox ağır olması nəzərə alınmalıdır. Açar sözlər: ətraf mühit, neft sızmaları, ekoloji amil, eko-iqtisadi risklər, ehtimal, qəza halları.