O.B. Hüseynli
Neft və qazçıxarma üzrə milli xidmət sektorunda autsorsinq və klasterizasiya - əməkdaşlığın inkişafı formaları kimi
Məqalədə NQÇX (neft və qazçıxarma xidmətləri) sektorunda iki yeni iqtisadi əməkdaşlıq forması – autsorsinq və klasterizasiya metodlarının formalaşdırılması imkanı, o cümlədən bu iki formanın həyata keçirilmə mərhələlərinin sxematik təqdimatı nəzərdən keçirilir. Autsorsinq neft-qaz şirkətinə daxili kapital həcmini və gəliri artırmaq imkanı verir. Neft-servis klasterinin yaradılması, öz növbəsində, məqsəd olaraq proses tərəflərinin və iştirakçı-şirkətlərin qarşılıqlı əlaqəsini nəzərdə tutur. Neft-servis şirkətlərinin iştirakı ilə məqalədə qeyd edilən prinsiplərə əsasən klaster birliklərinin yaradılması həm bütövlükdə neft-qaz kompleksinin, həm də neft-servis bazarının inkişafına təkan verəcəkdir. Açar sözlər: autsorsinq, klasterizasiya, klaster, neft-servis şirkətləri, NQÇX sektoru, yüksəktexnoloji sahələr.