N.R. Abdullayev
Cənubi Xəzər çökəkliyi və Azərbaycanın quru ərazilərinin temperatur göstəriciləri və qravimaqnit modelləşdirmə əsasında geoloji quruluşu
İşin məqsədi Cənubi Xəzər hövzəsi akvatoriyası və Azərbaycanın quru ərazilərində (Cənubi və Orta Kür hövzələri, həmçinin Yevlax-Ağcabədi çökəkliyi) cöküntülərin qalınlığı, kristallik fundamentin yerləşmə dərinliyi, struktur vəziyyəti və tektonik sərhədlərin müəyyənləşdirilməsi, həmçinin geodinamik inkişafın bəzi məsələlərinin təsdiqlənməsidir. Seysmik temperatur, qravimetrik və maqnitometrik məlumatlar əsasında müqayisə aparılmışdır. Geotermal qradiyentlər, çöküntü örtüyünün qalınlığı və kristallik fundamentin dərinliyi arasındakı asılılıq müəyyən edilmişdir. Açar sözlər: temperatur, geotermal qradiyent, hövzə, kristallik fundament, qravimaqnit modelləşdirmə, çöküntü örtüyü.