Ə.S. Həsənov
Yeni qravimetrik məlumatlara əsasən Xıdırlı-Bəndovan strukturlarının tektonik vəziyyəti və neftqazlılıq perspektivliyi
Xıdırlı-Bəndovan strukturları ötən əsrin 30-cu illərindən başlayaraq geoloji xəritəalma, struktur-axtarış qazıması, geofiziki üsullarla (qravimetrik, maqnit, elektrik, seysmik kəşfiyyat üsulları) öyrənilmişdir. Ayrı-ayrı quyularda MQ-nin üst hissəsindən az miqdarda neft, orta Abşeron çöküntülərindən isə güclü qaz fontanı alınmışdır. Bu sahələrə maraq səngimədiyindən burada sonrakı illərdə də geofiziki işlər davam etdirilmişdir. Bəndovan strukturu üzərində 2004-cü ildə ÜDN üsulu ilə seysmik kəşfiyyat, 2006-cı ildə SDÜ və qravimetrik kəşfiyyat kompleksi, 2016-cı ildə Xıdırlı-Bəndovan strukturları üzərində 3Ö seysmik kəşfiyyat işləri və “Scintrex CG-5 Autoqrav”cihazları ilə qravimetrik tədqiqatlar aparılmışdır. Əldə edilmiş yeni qravimetrik məlumatların iki və üçölçülü təsvirlərinin, həmçinin, lokal qravitasiya anomaliyalarının sahə üzrə paylanma xüsusiyyətlərinin analizi nəticəsində Xıdırlı-Bəndovan strukturlarının tektonik vəziyyətləri ilə əlaqədar yeni məlumatlar əldə edilmiş və yeni neft-qaz axtarışı obyektləri kimi bu strukturların qərb-cənub-qərb qanadları göstərilmişdir. Açar sözlər: Buge anomaliyası, qurşaq, sinklinal, qravimetriya, ağırlıq qüvvəsi, qırışıq, lokal maksimum, qravitasiya minimumu, axtarış-kəşfiyyat, neftqazlılıq.