R.R. Cəfərov
Siyəzən monoklinalının neft ehtiyatlarının hesablanmasına dair
Azərbaycanın neft və qaz yataqları ehtiyatlarının hesablanmasında bir çox hallarda həcm üsulu tətbiq edilir. Siyəzən monoklinalının kəsilişi neftli lay dəstələri və horizontlardan ibarət olub, litoloji tərkibcə terrigen və çatlı kollektorlardan təşkil olunmuşdur. Kəsilişdə neftli laycıqları ayırmaq çox çətin olur, bəzi hallarda isə mümkün olmur. Buna görə Siyəzən monoklinalının Siyəzən-Nardaran, Sədan və Əmirxanlı sahələri üzrə neft ehtiyatları həcm üsulu ilə yanaşı statistik üsullarla da hesablanmışdır. Alınan nəticələrin müqayisəli təhlili göstərdi ki, Siyəzən monoklinalının geoloji şəraitində statistik üsulla ehtiyatların hesablanması nisbətən dəqiq olur. Açar sözlər: monoklinal, litoloji tərkib, neftli sahə, neft ehtiyatı, statistik üsul.