A.F. Şahverdiyeva, F.A. Babayeva, S.A. Balakişiyeva, N.F. Qafarova
Abşeron neftli-qazlı rayonu neftlərində həllolan qazların müqayisəli tədqiqi
Məqalədə Abşeron neftli-qazlı rayonuna aid olan Qərbi Abşeron, Abşeron küpəsi və Suraxanı yataq neftlərini müşayiət edən qazların tərkibinin tədqiqinin nəticələri verilmişdir. Suraxanı kontinental, Qərbi Abşeron yataq neftləri, Abşeron küpəsi isə dəniz nefti olmaqla həm yerləşmələrinə, həm də fiziki-kimyəvi xassələrinə görə bir-birindən fərqlənir. Qərbi Abşeron neftindən alınan qaz fraksiyası əsasən metan, etan, propan, izo və normal butan, izopentanla, Suraxanı yataq neftindən alınan qaz fraksiyası isə etan və propan ilə daha zəngindir, izobutan metan, n-butan və C5 karbohidrogenlərin miqdarı isə Abşeron yataq neftindəkindən daha azdır. Müşahidələr göstərir ki, Abşeron neftli-qazlı rayonunun dəniz və quruda yerləşən yataq neftlərini müşayiət edən qazları keyfiyyət və kəmiyyət baxımından fərqlidir. Açar sözlər: Abşeron neftli-qazlı rayonu, yataq, neft, qaz, karbohidrogen, fraksiya.