V.M. Fərzəliyev, M.N. Əliyeva
Yüksək polyar və çətinuçucu karbohidrogen saxlayan ditiobenzoy turşusu efirlərinin törəmələrinin şüşə kapillyar kolonkada buxar fazalı xromatoqrafiyası
Məqalədə şüşə kapillyar kolonkalar hərəkətsiz maye faza “polifenil efiri” ilə hopdurulmuş və karbohidrogen qarışıqları: alifatik spirtlər, turşular, aminlər və ditiobenzoy turşusu efirlərinin törəmələri buxar fazalı xromatoqrafiya üsulu ilə analiz edilmişdir. Alınan nəticələrdən məlum olmuşdur ki, qaz-aparıcı azot, su buxarı ilə əvəz edildikdə birləşmələrin analiz müddəti azalır və bölünmənin keyfiyyəti yaxşılaşır. Buna görə də, polyar və yüksək dərəcədə qaynayan üzvi birləşmələri analiz etmək üçün buxar fazalı xromatoqrafiya üsulu və şüşə kapillyar kolonkalardan istifadə etmək məqsədəuyğundur. Açar sözlər: kapillyar sütun, stasionar maye faza, daşıyıcı qaz, buxar fazalı xromatoqrafiya, alifatik spirtlər, turşular, aminlər, ditiobenzoy turşusu efirlərinin törəmələri.