O.Z. Süleymanlı
Dünya neft-kimya biznesində Azərbaycanın mövqeyinin sənaye parklarının innovativ genişlənməsi hesabına güclənməsi
Məqalədə dünya neft-kimya biznesinin mövcud vəziyyəti və Azərbaycanın sənaye parkları hesabına bu sahədə rolunun artması araşdırılmışdır. Sumqayıt Kimya Sənaye Parkında yerləşən polimer zavodlarına investitsiyaların xarasteristikası tədqiq edilmişdir. Neft-kimya sahəsində tələbin gələcək vəziyyəti və müxtəlif polimer məhsulları üzrə qlobal bazar payı dünyanın müxtəlif regionları üzrə dəyərləndirilmişdir. Əlavə olaraq, neft-kimya sektorunun ətraf mühitə təsiri, havanın və su hövzələrinin çirklənməsində rolu da gözardı edilməmişdir. Azərbaycanda sənaye parklarının innovativ genişləndirilməsi hesabına yaradılan neft-kimya istehsalat müəssisələrinin idxaldan asılılığı aradan qaldıracağı vurğulanmışdır. Bu zavodların son məhsulundan xammal kimi istifadə edən kiçik və orta ölçülü müəssisələr hesabına minlərlə əlavə iş yerləri açılacağı və ölkəmizin ixrac potensialının güclənəcəyi qeyd edilmişdir. İnsan kapitalının inkişafı və neft-kimya sənayesi üzrə peşəkar personalın hazırlığı qabardılaraq xarakterizə edilmişdir. Açar sözlər: sənaye parkı, YSPE (Yüksək Sıxlıqlı Polietilen), PP (Polipropilen), səmərəlilik, qeyri-neft ixracatı.