Dərc olunub May 2022, Səh. 13-18

Bölmə: Geologiya və geofizika

UOT: 553. 98(479.24): 550.8.072

DOI: 10.37474/0365-8554/ 2022-03-13-18

Aşağı Kür çökəkliyində qeyri-struktur tələlərin formalaşması və neft-qaz perspektivliyi

X.Z. Muxtarova g.-m.e.n. - Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

Açar sözlər:  
dərin
lay
gil
qumdaşı
pazlaşma
ekranlaşma
tektonik
litoloji
tələ
cinah
geofiziki məlumatlar
perspektivlik

Aşağı Kür çökəkliyinin struktur-tektonik inkişafı, stratiqrafik kəsilişinin litoloji-fasial xüsusiyyətlərinin təhlili onun neft-qaz perspektivliyini yüksək qiymətləndirməyə imkan verir. Şimal-şərq cinahı nisbətən yaxşı tədqiq olunan bu çökəkliyin cənub-qərb qanadının da yeni seysmik məlumatlara, tektonik amillərə, geoloji kəsilişində kollektor və örtük süxurların keyfiyyətinə, tələlərin formalaşma şəraitinə əsaslanaraq daha dəqiq öyrənilməsinə ehtiyac var. Kürovdağ-Neftçala antiklinal xətti və ona bitişik ərazidə intişar edən strukturların geofiziki tədqiqatları buranın tektonik inkişafı və stratiqrafik kəsilişinin xüsusiyyətləri ilə əlaqədar olaraq orada inkişaf edən antiklinal qalxımlarla bərabər, həm də litoloji məhdudlaşmış və stratiqrafik tip tələlərin də olduğunu söyləməyə imkan verir. Ərazidə aparılan geoloji-geofiziki tədqiqatlar buraya daxil olan Sərxanbəyli, Orta Muğan, Şərqi Şorsulu və Babazənən sahələrində həm qeyri-struktur tələlərin inkişaf etmiş olduğu, həm də onların neft-qaz perspektivliyini göstərmişdir. Bu tələlər 4.5-5 km dərinlikdə, Mezozoy paleorelyefinin çıxıntıları arasında Pliosen-Antropogen çöküntüləri ilə örtülərək yaranmışlar. Bu qatlar arasında yaranan uyğunsuzluq səthi karbohidrogenlərin miqrasiya və akkumulyasiyası üçün əhəmiyyətli rol oynaya bilər. Çöküntütoplanma prosesinin əvvəlində formalaşan ilk kollektor süxurlar stratiqrafik uyğunsuzluqla əlaqədar tələlərin yaranmasına səbəb olmuşlar. Litoloji pazlaşmış və ya litoloji məhdudlaşmış tip tələlər isə konsedimentasion xarakterli olub çökəkliyin cənub-qərb cinahının məruz qaldığı müsbət tektonik hərəkətlər nəticəsində yaranmışlar. Bu tip tələlərin daha böyük dərinliklərdə formalaşma ehtimalı da böyükdür. 

Ədəbiyyat siyahısı:

1. Карта нефтяных и газовых месторождений и перспективных cтруктур Азербайджанской Республики / Государственная нефтяная компания Азербайджанской Республики (SOCAR), Институт Геологии Азербайджанской национальной академии наук / под ред. Х.Б. Юсифзаде (А.И. Алиев, И.С. Гулиев, Х.Б. Юсифзаде,
Я.А. Шихалиев).

2. Геофизические исследования в Азербайджане / под ред. Н.П. Юсубова, Ю.Г. Ганбаровa, И.Д. Ахундова. – Баку: Шарг-Гарб, 1996, 400 с.

3. Hüseynov B.B., Salmanov Ə.M., Məhərrəmov B.İ. Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma. – Bakı: Mars Print, 2019, 310 s.

4. Дриц В.А., Коссовская А.Г. Глинистые минералы: смектиты, смешанослойные образования. – М.: Hаука, 1990, 217 с.

5. Мухтарова Х.З., Насибова Г.Д., Рагимов Ф.Н., Ахмедов М.Г. Изучение нефтеносности площади Мишовдаг Нижнекуринской впадины в связи со структурно-тектоническими особенностями и новейшими геолого-геофизическими данными // Геология, геофизика и разработка нефтяных   и газовых месторождений, 2016, № 8, с. 28-36.

6. Исаева М.И., Гараева Т.Д. Корреляция отложений продуктивной толщи Нижнекуринской впадины и Западного Абшерона по палеомагнитным данным // Азербайджанское нефтяное хозяйство, 2001, № 3, с. 7-15.

7. Юсифов Х.М., Рахманов Р.Р. Геологические предпосылки поисков залежей нефти и газа в палеоген-неогеновых отложениях Азербайджана // Науч. Тр. НИПИнефтегаз, 2011, № 4, с. 15-24.

8. Геология Азербайджана / под ред. Ак. А.Али-заде, т. 2 (Литология). – Баку: Нафта-Пресс, 2008, 282 с.

9. Геология Азербайджана / под ред. Ак. А.Али-заде, т. 7 (Нефть и газ). – Баку: Нафта-Пресс, 2008, 372 c.

Linklər